22 oktyabr 2023 at 14:17
Jurnalist kodu: 5487
Xəbər kodu: 85266913
T T
0 Persons

Tags

“3+3” xarici işlər nazirlərinin görüşü sabah Tehranda keçiriləcək

Tehran - İRNA - İranın Xarici İşlər nazirinin ev sahibliyi ilə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ikinci “3+3” iclasında iştirak etmək üçün sabah Tehranda görüş keçirəcəklər.

İRNA-nın məlumatına görə, bu görüşdə iştirak edən ölkələr Cənubi Qafqaz regionunun problemlərini araşdıracaq və regional əməkdaşlığı (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s.) genişləndirməyə çalışacaqlar.

Bu regional qrupun yaradılmasının ən mühüm məqsədlərindən biri bölgə ölkələrinin iştirakı ilə, regiondankənar və qərb ölkələrinin müdaxiləsi olmadan regionun problemlərini həll etməkdir. Buna əsasən, sabahkı görüşün mövzularından biri də Azərbaycan və Ermənistan arasında sülh danışıqları olacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” formatında görüşün keçirilməsinə razı olduğunu bildirib.

Paşinyan bu barədə deyib: “O zaman növbəti görüşün Tehranda “3+3” formasında keçirilməsi razılaşdırıldı. Biz bu formatda danışıqları davam etdirməyə hazırıq.”

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3”ün ilk görüşü ötən il Gürcüstanın iştirakı olmadan Moskvada keçirilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .